Sovet avtomobilləri hərracda yüksək qiymətə satıldı - QİYMƏTLƏR

2 iyul 2025-ci il tarixində saat 11:00-da keçirilmiş dövlət hərracında nadir və retro avtomobillərin satışı baş tutub. Avtosfer.az xəbər verir ki, təşkil olunan hərracda iştirakçılar əsasən sovet istehsalı olan klassik avtomobillərə maraq göstəriblər. Satışa çıxarılan əmlaklar sırasında iki ədəd Gaz M20 Pobeda və bir ədəd Gaz 21 Volqa minik avtomobili yer alıb. Ən çox diqqət çəkən satışlardan biri yaşıl rəngli Gaz 21 Volqa avtomobilinə aid olub. Start qiyməti cəmi 2 500 manat olan bu retro avtomobil 9 500 manata satılaraq hərracın ən yüksək qiymətə satılan əmlakına çevrilib. Bu isə təxminən təqribən 4 dəfə qiymət artımı deməkdir. Bu, alıcılar arasında klassik avtomobillərə olan marağın hələ də güclü olduğunu göstərir. Digər iki avtomobil — gümüşü rəngli Gaz M20 Pobeda modelləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Onlardan biri 4 000 manat start qiyməti ilə hərraca çıxarılıb və 6 000 manata alınıb. Onun qiyməti 50 faiz artım göstərib. Digəri isə daha aşağı, 2 000 manat başlanğıc qiyməti ilə təqdim olunub və 2 300 manata satılıb. Bu avtomobildə qiymət artımı 15 faiz olub. Satılan avtomobillər Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yerində saxlanılıb (Fed.az).
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










