Sürücü işləmək istəyənlərin nəzərinə - İŞ VAR
"Baku Elektronics" işçi axtarır.
Sürücü (Yük maşını)
İş barədə məlumat
- Avtomobilləri yükləmə zamanı yük altına vermək, yükləri yükləyib-boşaltmaq, yükü yerləşdirilib bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq.
- Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan əvvəl qəbul etmək , avtotəsərrüfata qayıtdıqdan sonra maşını təhvil vermək və ona ayrılmış yerə qoymaq.
- Yol sənədlərini rəsmiləşdirmək.
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmə.
- İş yeri: Abşeron rayonu(Hökməli qəsəbəsi).
Namizədə tələblər
- B və C kateqoriyalı sürücülük vəsiqəsi.
- Sürücü olaraq 3-5 il iş təcrübəsi.
- Komandada işləmə bacarığı.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-ni ([email protected]) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Mövzü" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
***
Para BOKT inkassator və sürücü vəzifələri üzrə işçi qəbulu elan edir.
Öhdəliklər:
• Nağd pul və digər qiymətlilərin əməliyyatların aparılmasına, silah və sursatların gəzdirilməsi və tətbiqinə dair qaydalara riayət edir;
• Nağd pul və digər qiymətlilərin daşınması vaxtı briqada başçısını işlə əlaqədar bütün tələblərini yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
• Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
• Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
Tələblər:
• Ali , orta və orta-ixtisas təhsil ;
• Sürücülük vəsiqəsi (BC kateqoriya);
• Həqiqi hərbi xidmət
• İnkassasiyavə ya sürücülük sahəsində müvafiq təcrübə
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Rəsmi sürücülük sajı ən azı 5 il;
• Nəğd pulla intensiv işləmə bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
CV-ləri inkassator və sürücü mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. /businessinsider.az