"Xəzər" maşınlarının satış şərti açıqlandı - İlkin ödəniş 50 faiz

“Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılacaq. Azvision.az xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O, bildirib ki, satış mərkəzləri Bakının "Babək", "Ziya Bünyadov" prospektlərində və Badamdar qəsəbəsində olacaq. E.Axundovun sözlərinə görə, ilk olaraq "Xəzər" LD və CD modeli, ümumilikdə isə 100 avtomobil satışa çıxarılacaq: "CD modeli 16 min, LD modeli isə 18 min manata satılacaq. Zavodda ayda 160 avtomobilin istehsalı nəzərdə tutulub. Daha sonra tələbata uyğun olaraq istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq".
Satışa gəldikdə isə kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş tələb olunacaq. Lizinq və kredit üzrə illik faiz dərəcəsi isə 18% nəzərdə tutulub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










