Ziya Məmmədovun gətirdiyi avtobuslar SATILIR

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, Nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib. Avtobusların özəlləşdirilməsi məqsədilə 8 yanvar tarixində açıq auksion təşkil ediləcək. Nazirlik hərraca 27 "Daevo BC212MA", 8 ədə isə "Man Lion S Klassik A-74" markalı avtobus təqdim edib. Özəlləşdirməyə çıxarılan avtobusların hamısı 2008-2009-cu il istehsalıdır. "Man Lion S Classik A-74" avtobusları 22.500 manata, "Daevoo BC212MA" avtobusları isə 12.150 manata satılacaq.
2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. 2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 DAEWOO avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










