1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO

Bəlkə də kiməsə qəribə gələ bilər. Amma 80-ci illərdə Avropa ölkələrində Lada avtomobilləri 10 minlərlə satılırdı. Bunların içində 07 modeli də yar alırdı.
Avtosfer.az xəbər verir ki, VAZ-2107-nin çox satıldığı ölkələrdən biri də Fransa idi. 1984-cü ildə “Automobile” jurnalında getmiş reklamda maraqlı nüanslar yer alır.
“Yeni LADA 2107. Dözümlülük üçün doğulub” adlı reklam mətnində göstərilir ki, “avtomobil möhkəm olmalıdır.möhkəm maşın həm də komfortlu və etibarlı olmalıdır. 1,5 litrlik mühərriklə yeni Lada hiss edilən komfort və sürüş məmnuniyyəti bəxş edir.
2107-nin xrom radiator barmaqlıqları, şüşəsilənlə təchiz edilmiş faraları, parça üzlüklü anatomik oturacaqları sayəsində uzaq səfər üçün əla avtomobil olduğu vurğulanır.
Maraqlıdır ki, avtomobilin Fransaya ixrac adı “Lada Toscani” və ya “Lada Riva” olsa da, reklamçı LADA 2107 variantını seçib.
Konkret olaraq bu reklamın nə dərəcədə səmərəli olduğunu deyə bilmərik. Lakin, statistika 1984-cü ildə Fransada 20 mindən çox Lada avtomobili satıldığını göstərir. Almaniya və Britaniyada satış daha çox idi. Müqayisə üçün, hazırda zavodun illik ixracı heç 50 min ədədə çatmır.
Vüqar

“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK












