“Agent 007”nin avtomobili hərraca çıxarılır - FOTO

“Agent 007”nin əfsanəvi avtomobili avqust ayında hərraca çıxarılacaq. "Qafqazinfo" xəbər verir ki, söhbət “Aston Martin” markalı dörd avtomobilin birindən gedir. Təşkilatçılar avtomobildə “casus” funksiyalarının hələ də işlək vəziyyətdə olduğunu təsdiqləyirlər. Avtomobilin içində əsl komanda mərkəzi yerləşir: 1965-ci ildə hələ mövcud olmayan mobil telefon, katapultlu kreslonun düyməciyi, həmçinin xüsusi fırlanan antenaya malik naviqasiya sistemi. Ən başlıcası isə bütün bu qacetlər işlək vəziyyətdədir.
Qeyd edək ki, son 50 il ərzində əfsanəvi avtomobil üç dəfə sahibini dəyişib. Avqustun 15-də avtomobil Kaliforniyanın Monterey şəhərində “Sotheby's” hərrac evi tərəfindən satışa çıxarılacaq.
Ceyms Bondun idarə etdiyi avtomobil ekspertlərin ilkin fərziyyələrinə görə, hərracda 6 milyon dollara satıla bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












