Avtomobil ustası işləyən qadın: “Üzümdən zəhrimar tökülür” – FOTO

Onun zərif çiyinlərində bu dünyanın ikiqat yükü var. Taleyinə həm qadın ömrünün yükünü çəkmək düşüb, həm də bu ömrün halal çörəyini kişi əməy ilə qazanmaq. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, sizə tanıtmaq istədiyim bu zərif və güclü qadın Nüşabə Şərifovadır. Özünə hər qadının cəsarət edə bilməyəcəyi, bəzən elə hər kişinin də bacarmadığı bir peşəni seçib. Maşın ustasıdır, təmirçidir, avtoservisdə işləyir. Onu hər kəs fərqli yönlərdən tanıyır. Mənim üçün şən, dəlisov, ipə-sapa sığmayan, həyat dolu bir qadındır. Olduğu şənliklərin, məclislərin bəzəyidir. Qol qaldırıb rəqsə başladımı hamı tamaşasına dayanr. Elə gözəl, elə sürətli və elə düzgün rəqs edir ki, alıqışlamamaq, heyran olmamaq mümkün deyil. İş yerində isə bir çoxları üçün qaşqabaqlı,özü demiş “üzündən zəhər yağan” bir qadına çevrilir. Ona görə yox ki, xarakteri budur, sadəcə ona görə ki, bizim cəmiyyətimizdə gülərüzlü qadın olmaq asan deyil. Onu hər görəndə yadıma türk filmlərindəki “Şöför Nəbahat” obrazı düşür.

– Nüşabə, hardan ağlına gəldi ki, maşın ustası olasan?
– Avtomobilim var idi, təmir üçün ora-bura aparırdım, nəticələrdən də narazı qalırdım. Düşündüm ki, niyə öz maşınımı özüm düzəltməyim. Beləcə də başladım.
– Bildiyimə görə, ali təhsilin bu ixtisas üzrə deyil.
– Bəli, tibb üzrə oxumuşdum. Görünür bu mənim taleyim imiş. Döşəmə örtüklərinin satışı ilə də məşğul olmuşam. Bundan əlavə qadın sənətim də var. Moskvada dırnaq qaynaq edilməsi üzrə xüsusi kurs keçmişəm, diplomum var, lakin məşğul olmadım.

– Avtomobil təmirçisi olmaq , bu işdə davam etmək sənətini sevdiyin üçündür, yoxsa ?
– Həm sevdiyim üçündür, həm də çörəyimi burdan çıxarıram.
– Qazancın necədir?
– Dolanmaq olur. Bəzən o qədər iş olur gözümüz açılmır, bəzən də boşluq yaranır. Şikayətçi deyiləm.
– Kişi kollektivində kişilər arasında işləyirsən. Çətin deyil?
– Yox, kişilərlə işləmək daha asandır. Bir az xarakterimə də uyğundur əslində.

– Bəs kişi müştərilər çoxdur ya qadınlar?
– Kişi mütərilər çoxluq təşkil edir, çünki qadınlar avtomobili daha səliqəli və ehtiyatla idarə edirlər.
– Avtomobil təmirçisi olacam dedin. Ailən demirmi çətin işdir, qadın sənətindən yapış?
– Yox, əksinə işimlə mən də fəxr edirəm, onlar da.
– Gözəl qadınsan.Avtoservislərə də əsasən kişilər gəlirlər.İltifat edənlər, bəlkə eşq elan edənlər də olur.
– Yox, mən işdə o şəraiti yaratmıram ki, kimsə artıq-əskik söz desin. Üz gözümdən zəhrimar yağır iş görəndə.

– İş yoldaşlarınla münasibətləriniz hansı şəkildədir. Sənə hansısa güzəştlər olurmu?
– Mən onlardan biriyəm, fərq qoymuruq, bir süfrə arxasında deyib- güldüyümüz də olur, işə görə mübahisə etdiyimiz də.
– Bir şansın da olsaydı, yenidən bu yolu seçərdin yoxsa daha rahat, daha yaxşı bir peşə?
– Mənim üçün qadın və ya kişi sənəti deyə bir ayrım yoxdur. Yenidən şansım olsa yenə işimə davam edərdim. Peşman deyiləm.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










