Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO

1908-1927-ci illərdə istehsal edilmiş “Ford Model T” bir neçə rekorda imza atıb.
Avtosfer.az xəbər verir ki, təxminən 16 milyon ədəd hazırlanmış avtomobil konveyer üsulu ilə hazırlanan ilk nəqliyyat vasitəsi kimi tarixə düşə bilib. Buna görə də, qiymət ucuzlaşıb, istehsal həcmi artıb.
Buna görə avtomobil qısa bir vaxtda ABŞ hüdudlarından kənarda da məşhurlaşıb. 1916-cı ildə isə dünyada satılan avtomobillərin 55 faizi “Ford Model T” olub. Başqa sözlə, bütün satışların yarıdan çoxu. 110 ildir bu rekord yenilənmir və yenilənə bilmək ehtimalı da yoxdur.
Səbəb də məlumdur. XX əsrin əvvəllərində bazarda cəmi bir neçə marka vardı. İndi isə hər markanın çox sayda modeli bazarı doldurub. Bu səbəbdən konkret bir modelin qlobal bazarın yarısına nəzarət etməsi mümkün deyil.
ABŞ-də 1908-1910-cu illərdə digər avtomobillərin qiyməti 1100 – 1700 dollar olduqda T-nin dəyəri 850 dolları keçmirdi. Həmin ildə ölkədə aylıq maaş təxminən 48 dollar olub.
Sovet rejimi bərqərar olanadək Bakıda “Ford”un nümayəndəliyi olub. Daha ətraflı aşağıdakı linkdə:
https://avtosfer.az/az/avtoxeber/bakida-110-il-evvel-fordun-numayendeliyi-olub-masinlar-ise-bu-qiymete-idi-foto-193027
Vüqar

ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












