Bakıda 110 il əvvəl “Ford”un nümayəndəliyi olub; maşınlar isə bu qiymətə idi - FOTO

Bəlkə də ilk baxışdan bu başlıq sizə yalan xəbər kimi gələ bilər. Lakin qətiyyən belə deyil. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri 20-ci əsrin əvvəllərində çar Rusiyasının ən gəlirli şəhərlərindən idi. Neft bumuna görə bura kütləvi axın vardı. O dövrdə Avropada və dünyada baş verən yeniliklər Bakıdan yan keçmirdi. Bunlardan biri də avtomobil idi.
Rusiya mənbələrində qarşımıza çıxan bir şəkildə ötən əsrin əvvəllərində Bakıda “Ford” şirkətinin nümayəndəliyinin olduğu üzə çıxır. Bir reklam plakatında göstərilir ki, avtomobil 2, 5 və 6 nəfərlik versiyada (fayton, dubl fayton və landole) təqdim edilir. Modellərin qiyməti müvafiq olaraq 1965, 2375 və 3175 rubldur (Nikolay rublu). 4 silindrli, 22 at gücü mühərrikə malik avtomobillər hərbi sınaqdan keçirilib və özünü doğruldub. Avtomobilin elektrik mənbəyi “Ford”un özünün hazırladığı maqnetodur (elektrik generatorunun başqa forması) və akkumulyatora ehtiyac yaranmır.
Müqayisə üçün deyək ki həmin dövrdə 2 rubl 1 ABŞ dolları idi. Amma o dövrdə rubl və dollar dünyanın ən güclü valyutaları idi. Həm də 1913-cü il çar Rusiyasının yüksəliş dövrü sayılır.
Təəssüf ki, həmin dövrdə Azərbaycanda nə qədər avtomobil satıldığına dair statistika yoxdur. Sovet mənbələrində göstərilir ki, vətənimizdə sovet hakimiyyəti qurulanadək cəmi 36 avtomobil vardı.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













