Bu elektromobillərdəki qüsurlar sürücülər üçün təhlükəlidir – ARAŞDIRMA - FOTO

Elektrikli avtomobillər qlobal bazarda sürətlə yayılsa da, mütəxəssislərin qiymətləndirmələri göstərir ki, hər model eyni dərəcədə uğurlu və istifadəçi məmnuniyyətini təmin edən seçim deyil.
Avtosfer.az xəbər verir ki, avtomobil ekspertlərinin 2026-cı il üçün proqnozlara əsaslanan təhlilləri bəzi elektrikli nəqliyyat vasitələrinin texnologiya, qiymət və gündəlik istifadə rahatlığı baxımından ciddi çatışmazlıqlara malik olduğunu üzə çıxarıb.
“GOBankingRates”ə danışan sənaye mütəxəssisləri 2026-cı ildə alınması tövsiyə olunmayan elektrik avtomobillərini və bu qərarın əsas səbəblərini açıqlayıblar. Siyahıya bir vaxtlar öz seqmentində lider olan, lakin hazırda texnoloji baxımdan geri qalan modellərlə yanaşı, yüksək qiymətinə baxmayaraq istifadəçilər üçün əlavə risk və xərc yaradan avtomobillər də daxil edilib.
“Nissan Leaf”: Bir dövr elektrik avtomobilləri bazarında qabaqcıl model kimi tanınan “Nissan Leaf” bu gün mütəxəssislər tərəfindən köhnəlmiş hesab olunur. “CarVertical” şirkətinin avtomobil üzrə mütəxəssisi Aivaras Qriqeleviçius bildirib ki, model xüsusilə batareya texnologiyası və doldurma sürəti baxımından rəqiblərindən xeyli geri qalır. Münasib qiymət üstünlük kimi göstərilsə də, aşağı yürüş məsafəsi və yavaş doldurma uzunmüddətli istifadədə bu üstünlüyü kölgədə qoyur.
“GMC Hummer EV”: Nəhəng ölçüləri və təsirli texniki göstəriciləri ilə seçilən “GMC Hummer EV” praktikliyi ilə bağlı suallar yaradır. ”JustAnswer” şirkətinin avtomobil mütəxəssisi Kris Payl qeyd edib ki, dörd təkərli sükan kimi mürəkkəb sistemlər uzun müddətdə nasazlıq riskini artırır. Onun fikrincə, bu model gündəlik istifadə üçün deyil, daha çox texnoloji imkanların nümayişi məqsədi ilə hazırlanıb.
“Rivian R1S”: Dizaynı və yolsuzluq imkanları ilə diqqət çəkən “Rivian R1S”, mütəxəssislərin sözlərinə görə, sahiblik xərclərinə görə risklidir. Kris Payl vurğulayıb ki, xüsusilə kuzov və xarici hissələrin təmiri son dərəcə bahadır. Hətta kiçik zədələr belə on minlərlə dollarlıq xərcə səbəb ola bilər.
“Tesla Model X”: “Tesla Model X” satışa çıxarıldığı dövrdə yenilikçi dizaynı ilə böyük maraq doğurmuşdu. Lakin qağayı qanadı formasında olan arxa qapılar illər keçsə də müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər bu qapıların sızma, mexaniki dayanıqlıq və bağlanma problemləri yaratdığını, eyni zamanda yüksək performansın batareya sərfiyyatını artırdığını bildirirlər.
“Ford Mustang Mach-E”: Adı ilə yüksək gözləntilər yaradan “Ford Mustang Mach-E” hələ də öz kimliyini tam formalaşdıra bilməyən model kimi dəyərləndirilir. Ekspertlər batareyanın həddindən artıq istiləşməsi ilə bağlı məsələlərin tam həll olunmadığını və “Mustang” adının klassik modellərlə daimi müqayisə yaratdığını qeyd edirlər.
Ekspertlər elektrik avtomobili almağı planlaşdıran istehlakçılara yalnız marka adına və ya ilkin populyarlığa deyil, batareya texnologiyasına, təmir xərclərinə, doldurma infrastrukturunun uyğunluğuna və uzunmüddətli istismar xərclərinə diqqət yetirməyi tövsiyə edirlər.
Digər tərəfdən, 2026-cı il üçün aparılan ayrıca qiymətləndirmələrdə “Renault 5 E-Tech” balanslaşdırılmış qiyməti, müasir texnologiyası və funksional xüsusiyyətləri ilə kompakt elektrik avtomobilləri sinfində daha uğurlu seçim kimi göstərilir. Mütəxəssislərin fikrincə, düzgün elektrik avtomobili seçimi yalnız bu günü deyil, gələcək illəri də nəzərə almağı tələb edir.
Eltac Zülfüqaroğlu
Məşhur ABŞ şirkəti bu avtomobillərdə bu funksiyanı ödənişli etdi - RƏSMİ
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO












