Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO

“Saudi Aramco” təsis edildiyi vaxtdan neft hasilatı ilə məşğul olub. Səudiyyə kralına məxsus şirkət indi də mühərrik sahəsinə girməyə can atır.
Avtosfer.az xəbər verir ki, ərəblər “Horse Powertrain Limited” şirkətinin səhmlərinin 10 faizini alıblar.
“Geely” və “Renault”nun birgə müəssisəi olan “Horse Powertrain Limited” hibrid mühərrik layihələndirilməsi üçün yaradılıb. İş o qədər uğurlu olub ki, “Daimler” konserni də onlarla birgə 2,5 litrlik mühərrik istehsalı üçün əməkdaşlığa başlayıb.
Səudiyyəlilər isə 1,6 litrlik mühərrik (Aramco DHE) istehsalına başlayıblar. Hər silindrə 2 klapan düşür. Dirsəkli və qazpaylama valları diyircəkli yastıqların üstündə yerləşdirilib (əslində bunu yenilik saymaq olmaz – müəl.). Asma avadanlıqların heç biri mühərrikə sərt birləşdirilməyib, elektrik intiqalı ilə əlaqələndirilib.
Faydalı iş əmsalı 42 faizə çatan mühərrikin eyni həcmli ənənəvi güc qurğusu ilə müqayisədə yanacağa 35 faiz qənaət etdiyi bildirilir. Səudiyyəlilər mühərriki patentləşdirərək potensial müştərilərə təklif edirlər.
Vüqar Yaşaroğlu
.jpg)
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












