Əzəli rəqiblərin ən ucuzu – BMW yoxsa Merdeces?

Bir əsrdir ki, cavabı insanları qane etməyəcək bir sual var - istər özünüz, istər başqası, istərsə də mütəxəssis cavablandırsın. Amma, yenə də, bu sual cavabsız olaraq qalır :
"Mercedes-Benz yoxsa BMW ?"
Son illərdə, "BMW"nin "model hücümu"nda olduğu göz önündədir. Əsası 1916-cı illdə qoyulan bu brend, "X6" və "GT" kimi, öz sinfində unikal modellərə malikdir. Üstəlik, ən yaxşı "Super Mini Avtomobil" sayılan "Mini" də məhz "BMW"ni ön plana çəkir.
"Mercedes-Benz" isə, son illərdəki sport modelləri ilə öz sözünü deməyi bacarır. Tarixi "BMW"dən qədim olan bu şirkət, yeni avtomobillərində rahatlıqla yanaşı, əsl atletə məxsus sürət imkanlarını da təqdim edir.
Bəs, "Mercedes-Benz" və "BMW" şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəliyində ən ucuz avtomobil hansıdır - "BMW yoxsa Mercedes"?
Avtosfer.Az ted.az-a istinadən bildirir ki, ekspert Rəşid Tanrıverdiyevin dediyinə görə, hazırda "BMW" markasının ən ucuz seriyası "BMW 1", "Mercedes-Benz"i isə aşağı büdcəli maşınlar seqmentində "A-class" sinifi təmsil edir: "Əslində bu modelləri birbaşa müqayisə etmək düzgün deyil. Çünki "BMW 1" seriyasından fərqli olaraq,"Mercedes A-class" sinifi kompakt sinif deyil, "MPV" sinifinin nümayəndəsidir. Amma qiymət və ölçü baxımından "BMW 1" seriyası ilə çox oxşardır. "BMW 1" seriyasının tənqid olunmasına əsas səbəb, arxa salonun dar olmasıdır. "Mercedes A-class" sinifi isə əksinə, geniş salona malikdir. "BMW 1" daha çox idman stilli bir avtomobildir,"Mercedes A" isə böyükdür. Satış rəqəmləri baxımından "BMW 1" daha öndədir.
"BMW" və "Mercedes-Benz" şirkətlərinin rəsmi nümayəndəyindən aldığımız məlumata görə, Azərbaycanda mövcud olan 2019-cu il istehsalı ən ucuz 0 km "BMV" avtomobili "BMW 118İ" modelidir. Bu avtomobil 30 min avroya təklif olunur. 2019-cu il istehsalı ən ucuz 0 km "Mercedes-Benz" modeli isə "Mercedes A-class"dır: 35 min avro.
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi












