Honda Civic modelini yeniləyib - FOTO

Honda şirkəti amerika bazarında satılan Civic hetçbekinin yenilənmiş versiyasını təqdim edib. Hetçbek duman əleyhinə fənərlərin yeni tərtibatına, dizaynı dəyişdirilmiş bamperlərə və tərtibatı tündləşdirilmiş ön və arxa fənərlərə sahib olub. Bundan başqa, avtomobilin salonu da yenilənib. Üstəlik, baza mühərrikini 6-pilləli mexaniki qutu ilə də sifariş etmək olar.

Honda mühəndisləri yenilənmiş hetçbekin vibroakustik cəhətdən də təkmilləşdirildiyini bildiriblər. Bundan başqa, salon tərtibatı variantları artırılmış və təchizat səviyyələri zənginləşdirilmişdir. Yeddi düymlük ekranı olan multinedia sistemi, mühərrikin düymə ilə işə salınması, açarsız giriş və səkkiz dinamikli səs sistemi avtomobilin baza təchizatına daxil edilib. Hetçbekin bahalı versiyaları isə, səkkiz mövqedə tənzimlənən multikonturlu ön oturacaqlara sahib olublar.


Texniki cəhətdən 2020-ci model ilinin Honda Civic modeli yaxşılaşdırılmış LED işıq texnikası ilə seçilir. Modelin mühərrik çeşidi dəyişilməz qalıb. ABŞ-da hetçbek 176 və ya 183 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik ilə təchiz edilir. LX, EX və EX-L versiyaları variator, Sport və Sport Touring variantları isə alternativ olaraq 6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif olunur.
Yeniləınmiş Honda Civic bu gündən başlayaraq ABŞ-da satılır. Yenilənmiş avtomobil əvvəlkindən cəmi 200 dollar bahadır və 22580 dollardan başlayan qiymətlərlə təklif olunur. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












