“Mercedes”in sinif sistemi nəyə əsaslanır?

Biz danışıqda C və ya S sinif “Mercedes” ifadələrini çox eşitmişik. Bəs bu təsnifat haradan qaynaqlanır?
Avtosfer.az xəbər verir ki, 80-ci illərədək markanın modellərini ayırmaq bir qədər çətin idi. Məsələn, 600 dedikdə altı litr mühərrik həcmli model başa düşülürdü. Halbuki, bu həcmdə mühərrik Hitlerin vaxtında da istehsal olunub, Adenauerin dövründə də, Merkel zamanında da.
1993-cü ildən istehsalçı rəqəmli indeksin əvvəlinə hərf də əlavə etməyə başladı. Beləliklə, indi bizim gördüyümüz model strukturu formalaşdı. Yeni sistem avtomobil barədə daha aydın təsəvvür formalaşdırmağa kömək etdi.
Müasir təsnifatda “Mercedes” əsasən 3 sinifdə üstünlük təşkil edir:
Ən yuxarı pillədə S sinfi dayanır. Alman dilindən tərcümədə “Sonderklasse” sözü “xüsusi sinif” mənası verir.
“E-Class” biznes seqmentinə, “C-Class” kütləvi sinifə aiddir.
90-cı illərdə bazarda daha yaxşı mövqe tutmaq üçün A və B siniflərində kiçik avtomobillər istehsal olunmağa başladı.
İdman avtomobilləri L (Leicht) sinfinə daxildir ki, bu da tərcümədə “yüngül” mənasını verir.
Bəzən hansısa hərfin mənası modelə görə də dəyişir. Məsələn, S500L literi “Lang”, yəni uzun versiyanı bildirir.
G-Class yüksəkkeçidli modelləri (Gelandewagen) bildirir.
Nəhayət, sonuncu elektrik modelləri üçün EQ sinfi ortaya çıxdı. Bu abreviaturun sonuna sinfi bildirən hərf də əlavə edilir: EQA, EQB, EQS.
1993-cü ildə formalaşmış sistem bu gün də qüvvədədir və dövrə uyğun inkişaf edir.
Vüqar
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












