Rusiyada avtomobillərin vəziyyəti: bizdən yaxşıdır, yoxsa pis?

Rusiya yollarında müntəzəm hərəkət edən 39 milyon avtomobilin 72%-i yaşı 10 ildən çox köhnə avtomobillərdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyası (ROAD) məlumat yayıb.
“Rusiyada 55 milyon avtomobil var ki, onlardan təxminən 15 milyonu istismar olunmur (qeydiyyatdadır, lakin işlək deyil), 39 milyonu müntəzəm idarə olunur. Eyni zamanda, Rusiya avtomobil parkının 72%-ni istismar müddəti 10 ildən artıq olan avtomobillər təşkil edir”, məlumatda bildirilir.
Federasiyada 15,3 milyon ədəd yaşı 5-dən az olan təzə avtomobil var. Rusiyada avtomobil parkını cavanlaşdırmaq üçün 10 il ərzində hər il azı 3 milyon avtomobil satmaq lazımdır.
Qeyd edək qeydiyyatda olub, istismarda olmayan avtomobil problemi bizdə də var. Elə Azərbaycanda fiziki mövcud olmayan, və ya təmir edilməsi mümkün olmayan on minlərlə avtomobil var. Lakin avtomobil sahibləri bu texnikanı uçotdan çıxarmağa tələsmirlər.
Rusiyada isə sanksiyalara görə avtomobil parkının yenilənməsi ləngiyir. Doğrudur, Çin modeli avtomobillərin yerli istehsalı təşkil olunsa da, hələlik bu modellər rusları çox da razı salmır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












