“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş

“Tesla” ABŞ-də 20 mindən çox avtomobili əhatə edən yeni geri çağırma kampaniyasına başlayıb. Problem avtomobillərin qısa işıqlarının həddindən artıq parlaq olması ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, geri çağırma 20349 avtomobili əhatə edir. Qısa işıqların normadan artıq parlaq olması qarşıdan gələn sürücülərin görmə qabiliyyətini məhdudlaşdıra və qəza riskini artıra bilər.
Məlumata əsasən, problem 2017–2023-cü illərdə istehsal olunan “Model 3” və 2020–2023-cü illərdə istehsal olunan “Model Y” modellərinin müəyyən sayda avtomobilinə aiddir.
Hazırda problemin aradan qaldırılması üçün dəqiq təmir üsulu müəyyən edilməyib. NHTSA və “Tesla” texniki həll üzərində çalışır.
Qeyd edək ki, NHTSA ötən ilin iyulunda da asqı sistemində yarana biləcək nasazlığın sükan idarəetməsinin itirilməsinə səbəb ola biləcəyi ilə bağlı təxminən 1,2 milyon “Tesla” avtomobili üzrə ilkin araşdırmaya başlayıb.
Eltac Zülfüqaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












