“Tesla” çöküşdən belə xilas oldu - FOTO

Təxminən 1 il əvvəl “Tesla”nın satışları böhran həddinə düşmüşdü. İstər Avropa, istərsə də Amerikada elektromobilə maraq göstərənlər tarixi minimuma enmişdi. Maskın ifrat sağçı davranışları əksər ölkələrdə narazılıq doğurmuşdu.
Avtosfer.az xəbər verir ki, təxminən bir il əvvəl “Tesla”nın qurucusu İlon Mask Tramp administrasiyasındakı vəzifəsini tərk etdi. Bu isə şirkətin işinə yaradı. Əgər 2024-cü ilin birinci rübündə Avropada 125 min “Tesla” satılmışdısa, 2025-ci ilin müvafiq dövründə bu göstərici 70 mindən də aşağı düşüb. Digər tərəfdən, model cərgəsinin köhnəlməsi də öz sözünü deyirdi.
Maskın şirkət rəhbərliyinə qayıtmasından sonra canlanma yarandı. Bu ilin ilk yarısında 125 000 ədəd “Tesla” elektromobili satılıb. ABŞ-də də satışlar ciddi şəkildə artıb.
Birləşmiş Ştatlarda satışların artmasının bir səbəbi də Donald Tramp administrasiyasının idxal elektromobillərə tətbiq etdiyi məhdudiyyətlərdir. Bu səbəbdən Çin elektromobilləri okeanın o tayına ayaq aça bilmir. Elə bu məhdudiyyətlərin bir çoxunun ideya müəllifi elə İlon Maskın özü olub.
Vüqar Yaşaroğlu

Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












