66 il əvvəl istehsalına başlanan lüks sovet avtomobili - FOTO

Sovet İttifaqında əhali üçün nəzərdə tutulan maşınların keyfiyyəti ürəkaçan olmasa da, partiya rəhbərləri üçün vəziyyət başqa idi. Yuxarı ranqlı məmurların istifadə etdiyi məhdud sayda avtomobillərədn biri də “Çayka” olub.
Avtosfer. az xəbər verir ki, 16 yanvar 1959-cu ildə “Çayka” (QAZ-13) avtomobilinin seriya istehsalı başlayıb. Avtomobilin ilk sınaq versiyaları hələ 2 il əvvəl yığılmışdı. Avtomobilin dizaynında ABŞ məktəbinin izləri aydın hiss olunur. Ruslar çox da etiraf etməsələr də, “Çayka” əslində “Packard Patrician” modelinin bənzəridir. Başqa sözlə, dizaynda “Detroyt barokko”su hiss olunur.

Avtomobil o dövrdə SSRİ üçün kifayət qədər qabaqcıl sayılırdı: 5, 5 litrlik V8 mühərrik, dördkameralı karbürator, üçpilləli avtomat transmissiya, elektrik şüşəqaldıran, radio, sükan gücləndirici, əlavə salon qızdırıcısı və s.


“Çayka” xidməti avtomobil olaraq məhdud sayda adamlara verilirdi. Bu maşında gəzmək üçün nazir, müttəfiq respublikanın rəhbəri və ya səfir olmaq lazım idi. Xarici qonaqları da adətən bu maşınla qarşılayırdılar. “Çayka” avtomobili SSRİ-nin süqutunadək açıq satışda olmayıb.
Avtomobilin istehsalı 1981-ci ilin aprelində dayandırıldı. Bu model cəmi 3180 ədəd istehsal olunub və indi də kolleksiyaçılar arasında ciddi rəğbət doğurur. Azərbaycanda da bu avtomobil bir neçə kolleksiyaçının qarajını bəzəyir. Ümummilli Lider Heydər Əliyevin xidməti “Çayka”sı isə bu gün özünün adını daşıyan Mərkəzdə sərgilənir.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










