Antifrizin rənginin dəyişməsi nəyi göstərir? - FOTO

Antifrizin keyfiyyəti bütünlüklə soyutma sisteminin işinə təsir göstərir. Müasir avtomobillərin mühərriki yüksək keyfiyyətli antifriz olmadan normal işləmir.
Avtosfer.az xəbər verir ki, antifrizlər qırmızı, mavi və digər rənglərdə buraxılır. Rəng məhsulun tərkibindəki kimyəvi birləşmələrdən asılıdır.
Sürücülər bu məsələ ətrafında da uzun-uzadı mübahisə aparırlar: hansı rəngdə olan antifriz daha keyfiyyətlidir?
Sualın birmənalı cavabı belədir: məhsul saxta deyilsə, rəngin heç bir əhəmiyyəti yoxdur. Artıq mühərrikə tökülmüş antifrizin rəngi zamanla dəyişirsə, bu artıq başqa məsələdir.

Mühərrikdəki antifrizin rənginin dəyişməsi bir çox vəziyyətin göstəricisidir. Silindrlər blokunda daha əvvəl mövcud olmuş kirəc, yaxud metalın korroziyası soyuducu mayenin rənginin dəyişməsinə səbəb olur. Əgər bunlar yoxdursa, rəngin sürətlə dəyişməsinə səbəb soyutma sisteminin hava çəkməsidir. Hermetiklik pozularsa, havadakı oksigen antifrizlə reaksiyaya girərək onun kimyəvi tərkibinin və xassələrinin dəyişməsinə səbəb olur. Mühərrikdə hər şey qaydasında olduqda isə rəng dəyişməsi köhnəlmənin əlamətidir. İstehsalçılar soyuducu mayenin hər 2 ildə bir dəfə dəyişdirilməsini tövsiyə edirlər.
Soyducu maye dəyişdirilərkən mühərrikin içi tam yuyulub təmizlənməli, kiplik, sızmalar, elektroventilyatorun iş rejimi yoxlanmalıdır. Bundan sonra təzə antifriz əlavə etmək olar.

Bir vacib məqam da bəzi sürücü və ustaların sovet ab-havasından çıxa bilməməsidir. Onlar antifrizi dəyişərkən yarıbayarı su ilə qarışdırırlar. Unutmayaq ki, müasir antifrizlər istifadəyə hazır formada qablaşdırılır və su ilə qarışdırılması nəzərdə tutulmur. Müasir mühərriklərin işçi temperaturu yüksək olduğu üçün sudan istifadə müntəzəm problemlərə yol açır. Nəhayət, avtomobilin mühərrikində mövsümdən asılı olmayaraq antifriz istifadə edilməlidir.
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











