Aprel döyüşlərində əlil olmuş hərbçiyə avtomobil hədiyyə edilib - FOTO

2016-cı ilin aprel ayında Ermənistanın silahlı təxribatının qarşısının alınmasında iştirak edən və bu döyüşlərdə yaralanaraq əlil olmuş hərbçi - mayor Asif Novruz oğlu Rəsulova "Azərmaş" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.
Mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalla təltif olunub.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, 15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə ona belə bir sevinc hissinin bəxş olunmasına, minik avtomobili ilə təmin edilməsinə görə "Azərmaş" ASC-yə təşəkkürünü bildirib.
Tədbir zamanı vurğulanıb ki, aprel döyüşləri ordumuzun dünyanın güclü ordularından birinə çevrildiyini və ölkəmizin işğal altında olan ərazilərini qısa müddət ərzində işğaldan tam azad etməyə qadir olduğunu təsdiqləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Prezident İlham Əliyevin korporativ sosial məsuliyyət təşəbbüsünə uyğun olan belə tədbirlərin nazirlik tərəfindən rəğbətlə qarşılandığını və dəstəkləndiyini, eyni zamanda, cəmiyyətimizdə sosial məsuliyyət çərçivəsində nəcib tədbirlərin genişlənməsi üçün yaxşı bir nümunə olduğunu vurğulayıblar.
"Azərmaş" ASC-nin səhmdarı olduğu "Xəzər" avtomobil zavodunda istehsal olunmuş "Xəzər" markalı minik avtomobili "Azərmaş" ASC-nin idarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev tərəfindən hərbçiyə təqdim edilib. Z.Hacıyev sosial məsuliyyət əsaslı layihələri gələcəkdə də davam etdirmək niyyətində olduqlarını deyib.
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR













