Avropa bazarı: bütün yapon modelləri geriləyir, bir istisna var - FOTO

Avropa bazarı kənar oyunçular üçün çətin məkandır. Buranın şərtlərinə uyğunlaşmaq ağır olsa da, hamı bura can atır. Yaponiya şirkətləri də istisna deyil.
Avtosfer.az xəbər verir ki, yaponiyalı avtomobil istehsalçılarının heç də hamısının Avropada vəziyyəti ürəkaçan deyil.
Ən ciddi çətinliklərlə “Nissan” üzləşib. Partnyoru “Renault” ilə anlaşmazlıqlar, elektromobilə keçiddə ləngimə vəsair istehsalçını pis vəziyyətə salıb.
“Mazda”nın da vəziyyəti oxşardır. İl ərzində başqa qitələrdə satış artsa da, Avropada 13 faiz azalıb. “Subaru”, “Honda” və “Mitsubishi” üçün də vəziyyət fərqli deyil.
Lakin bir istehsalçının vəziyyəti tam fərqlidir. Avqustda “Toyota” və onun lüks brendi “Lexus”un satışları 4,8 faiz artıb. İl ərzində isə “Lexus”da artım 7 faizi ötüb.
Artımın səbəbi istehsalçının hibrid avtomobil seqmentində özünü doğrultmasıdır. Ötən il dünyada satılmış 6,9 milyon “Toyota” avtomobilinin 3 milyona qədəri hibrid olub.
Avropalıları da məhz bu komplektasiya maraqlandırır. İl ərzində “Toyota” və “Lexus”un hibrid modellərinin Avropada satışları 28 faiz artıb. Hibrid seçiminin əsas səbəbi qənaət və gediş ehtiyatının böyük olmasıdır.
Vüqar Yaşaroğlu
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR










