Avropada sürətə nəzarət həftəsi – bizim sürücülər də cərimələnə bilər - FOTO

Avropanın 29 ölkəsində sürətə nəzarət həftəsi davam edir.
Avtosfer.az xəbər verir ki, “Speedweek” adlanan həftə avqustun 10-dək davam edəcək. Kampaniya çərçivəsində 15 min polis əməkdaşı yollarda sürətə intensiv şəkildə nəzarət edəcək.
Başlıca məqsəd yay dövründə sürət rejiminə necə əməl edilməsini yoxlamaqdır. Əsas magistrallarda 24 saat fasiləsiz nəzarət aparılır.
Azərbaycan Avropa İttifaqına üzv olmasa da, məsələnin bizə kifayət qədər aidiyyəti var. Şəxsi avtomobillə Avropaya gedən az olsa da, logistika şirkətlərimiz hər gün Avropaya və geriyə tonlarla yük daşıyır. Bizim sürücülərin sürət və istirahət rejiminə əməl etməməsi ciddi cərimələnmələrə səbəb ola bilər.
Doğrudur, Avropa polisi digər Avropa vətəndaşının həm sürücülük vəsiqəsini ala, həm də cərimə edə bilərsə, bizə münasibətdə yalnız cərimə tətbiq edə bilər. Lakin bu cərimələr də kifayət qədər ağırdır.
Xüsusən də taxoqraf göstəriləri məsələsində. Bu səbəbdən Avropaya gedən azərbaycanlı sürücülər bütün yollarda diqqətli olmalıdırlar. Bir faktı da nəzərə alaq ki, Avropada radarların xətası bizdəki kimi 10 km/sat deyil, tipindən asılı olaraq 3 km/saat və 5 km/saatdır.
Hörmətli oxucu xəbəri gec verdiyimizi də irad tuta bilər. Bu bizdən asılı deyil. Avropa polisi ənənəsinə sadiq qalaraq məlumatı əməliyyat başladıqdan bir neçə gün sonra yayıb.
Vüqar
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR











