Avropanın maraqlı avtomobil muzeyləri - FOTO

Avtomobil muzeylərinin yaradılması böyük xərc və vaxt tələb edən işdir. Lakin bu muzeylər önlara çəkilən xərcləri qarşılayır.
Avtosfer.az xəbər verir ki, Avropnın bütün böyük avtomobil istehsalçılarının muzeyləri mövcuddur. Biz də vaxtaşırı olaraq bu muzeylər barədə məlumat vermişik. “Mercedes”, “Porsche”, “Renault” və digər istehsalçıların muzeylərini hər il yüz minlərlə insan ziyarət edir.
5 avtomobil muzeyi isə Avropanın ən böyük muzeyləri sırasında yer alır (Haaqanın Louman Muzeyi, Fransanın Müluz Muzeyi, Brüselin Autoworld muzeyi və s.). Lakin bir neçə böyük avtomobil muzeyi var ki, bunları çox adam tanımır.
Paris yaxınlığında Olaf Delafon Avtomobil Muzeyində çox sayda fransız avtomobili yer alır. Lakin burada 40-dək “Mercedes” və “Bentley” qorunur ki, məhz bu modellərə görə buranı hər il minlərlə turist ziyarət edir.
Volvo dünyası (World of Volvo) muzeyində minik avtomobilləri ilə yanaşı gəmi mühərrikləri, ağır texnika və yük avtomobilləri də yer alır. 1966-cı ildə istehsal olunan və dünyanın ən çox yol qət etmiş maşını statusunu almış P1800 modeli də burada yer alır.
Ştutqartdakı Sinsxaym Texniki Muzeyində velosipeddən tutmuş təyyarəyədək yüzlərlə texnika yer alır. Burada nadir alman avtomobillərini görmək mümkündür. Dünyanın ən sürətli mülki laynerləri də burada yer alır.
Böyük Britaniyadakı Dansfold kolleksiyasında 130 avtomopbil saxlanılır. Burada “Land Rover”in nadir versiyalarını görmək mümkündür.
Leypsiq yaxınlığındakı “Tankstellenmuzeum”da adından göründüyü kimi tank, təyyarə və avtomobillər qorunur.
İtaliyanın gözəl Turin şəhərində 300-dən çox “Fiat”, “Alfa Romeo” və digər yerli modellər yer alır.
Giriş qiyməti 10-24 avro arasında dəyişən bu muzeylər çox sayda turst cəlb etməklə hər il yerli büdcəyə böyük miqdarda dəstək olur. Bu muzeylər həm də kifayət qədər böyük iş yerləridir.
Vüqar Yaşaroğlu





Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO
Azərbaycanda şəhid qızı olan gənc hakim yol qəzasında öldü; yaralı da var - FOTO
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO











