"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO

Avtosfer Foto 4 Aprel 2026 14:45
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın aparıcı avtomobil istehsalçısı "AvtoVAZ" aprelin sonu və mayın əvvəllərində konveyer xətlərini iki həftədən çox müddətə dayandıracaq.

Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, zavodun əməkdaşları bu ərəfədə ötən ilin dekabrından keçirilmiş məcburi tətilə yola salınacaqlar.

AvtoVAZ istehsal xətlərini bağlayır: Lada avtomobillərinin satışları niyə azalır?AvtoVAZ istehsal xətlərini bağlayır: Lada avtomobillərinin satışları niyə azalır?

Şirkətin rəsmi açıqlamasına görə, əsas məqsəd 2026-cı ilin payızında təqdimatı planlaşdırılan yeni "Lada Azimut" modeli üçün istehsal xətlərinin yenilənməsidir. Bildirilir ki, istehsalın modernləşdirilməsi üçün 2026-cı ilin may ayında nəzərdə tutulan korporativ məzuniyyət günlərindən istifadə ediləcək. Şirkətin bəyanatında deyilir:

"Avadanlıq və xətlərin genişmiqyaslı yenilənməsi nəticəsində "LADA Azimut"un planlaşdırıldığı kimi, ilin üçüncü rübündə istehsalata buraxılması təmin ediləcək".

Zavod üçün statistik göstəricilər heç də ürəkaçan deyil. 2026-cı ilin ilk rübü avtomobil bazarı üçün ümumi müsbət dinamika ilə yadda qalsa da, "AvtoVAZ" bazar liderləri arasında ən zəif nəticəni göstərərək satışların 17% geriləməsi ilə üzləşib.

Əsas çətinlik "Lada Vesta" modelinə marağın azalmasıdır. Bu model ilin ilk iki ayında alıcılarının 60%-ni, martda isə 41%-ni itirib. Hazırda "Vesta"ya aylıq tələbat cəmi 4 000 avtomobil təşkil edir ki, bu da 2024-cü ilin pik dövrləri ilə müqayisədə üç dəfə azdır.

Nə "Lada Iskra", nə də "Granta" modelləri satışların artmasına kömək edə bilir. Yeganə müsbət göstərici 1.8 litrlik mühərriklə təchiz olunmuş yenilənmiş "Lada Niva Travel" modelinə tələbatın 50% civarında artmasıdır.

Ekspertlərin fikrincə, "Lada" markalı avtomobillərə tələbatın kəskin düşməsi təkcə qiymətlərin bahalığı ilə deyil, həm də bazarda "Jaecoo J6" kimi rəqabətədavamlı Çin istehsalı avtomobillərin peyda olması ilə birbaşa bağlıdır.

Oxunub : 264
ŞƏRH YAZ
Ad

E-mail

Şərh