Azərbaycan millisinin qapısına qol vuran futbolçu maşın sürə bilmir - FOTO

“Real Madrid” komandasına sponsorluq edən BMW hər oyuncuya 1 ədəd elektromobil hədiyyə edib.
Avtosfer.az xəbər verir ki, avtomobil əldə edilənlərdən biri də oktyabrın 11-də Azərbaycan millisinin qapısına qol vuran fransız futbolçu Kilian Mbappe olub. O, BMW i7 elektromobilini seçib.
Qəribə burasındadır ki, fransalı futbolçu bu maşını sürə bilmir. Səbəb sürücülük vəsiqəsinin olmamasıdır. O, hər gün “Real Madrid”in parkinqində maşına baxıb köks ötürməklə kifayətlənir.
Anası Mbappenin İspaniyada sürücülük vəsiqəsi almasında israrlıdır. O, oğluna vəsiqəni məhz Madriddə almağı tövsiyə edir. Çünki Parisdə bu sənədi əldə etmək daha çətindir. Qadın oğlunun yolda az vaxt itirməsini, avtomobildə tək olmağını, sevdiyi mahnıları dinləməsini arzulayır.
Lakin, 26 yaşlı futbolçunun sürücülük imtahanı verməyə motivasiyası yoxdur.
Vüqar
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR













