Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR

1971-ci il aprelin 28-də Volqa Avtomobil Zavodunun konveyerini ilk VAZ-2102 tərk etdi.
Avtosfer.az xəbər verir ki, bu model əslində “Fiat 124 Familiare”nin sovet reallığına uyğunlaşdırılmış versiyası idi. Avtomobilin kütləvi istehsalı sentyabrda başladı və ilin sonunadək 350 maşın sahiblərinə çatdı.
Sovet İttifaqında bundan əvvəl də universal kuzovlu avtomobillər istehsal olunurdu. Lakin 2102 say və populyarlıq etibarı ilə bütün modelləri üstələdi. 1984-cü ildə onun bazasında VAZ-2104 istehsal edilməyə başladı. Hər 2 model 2 il paralel istehsal edildikdən sonra VAZ-2102 konveyeri 1986-cı ildə tərk etdi.
16 il ərzində bu avtomobil 666 989 ədəd istehsal edilib ki, bunun da böyük qismi ixrac edilib. Digər sovet respublikalarından fərqli olaraq Azərbaycan SSR-də bu model populyarlıq qazanmayıb (eyni fikri 2104 üçün də söyləmək mümkündür). Oxşar texniki xüsusiyyətlərə malik VAZ-2101 və VAZ-21011 daha çox sevilib.
Vüqar
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














