Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO

123 kuzov “Mercedes”in 50 yaşı tamam olur.
Avtosfer.az xəbər verir ki, bu model 1976-cı il yanvarın sonlarında təqdim edilib. Satışa çıxdığı andan avtomobil populyarlıq qazanıb. Maşın taksidən tutmuş yüksək ranqlı dövlət məmurlarının daşınmasınadək çox sahədə xidmət edib.
Sözügedən model 10 il ərzində 2,7 milyon ədəd istehsal edilib və bu gün də dünya yollarında rast gəlinir. Xüsusən də Afrikada taksi qismində.
Azərbaycanlılar bu avtomobili ilk dəfə 1980-ci il Olimpiadasında gördülər.
O vaxt kapitalist Almaniyası (AFR) ilə münasibətləri yaxşılaşdırmaq üçün SSRİ bu maşından təxminən 300 ədəd almışdı. Maşın əsasən taksidə xidmət edirdi, bir qismi isə milisə verilmişdi. Olimpiada başa çatdıqdan sonra vəzifəli şəxslər maşınları öz aralarında bölüşdürdülər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə ilk gətirilən maşınların əksəriyyəti elə 123 kuzov “Mercedes” oldu. O vaxt bu texnika ikinci əl avtomobil kimi alınaraq gətirilirdi. Lakin, normal texniki xidmət və ehtiyat hissələri olmadığı üçün avtomobili alanlar çox istifadə edə bilmədilər. Maşınların böyük hissəsi ömrünü metal tullantısı kimi başa vurdu. Buna görə də indi ölkəmizdə 123 kuzov “Mercedes”lərə ancaq kolleksiyada rast gəlinir.
PS. Bu maşın “Bəxt üzüyü” filmində rol alır.
Vüqar



Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR










