Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - VİDEO-FOTO

Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. Yol qəzasında "Porsche" markalı minik maşını ilə "Geely" markalı taksi avtomobili toqquşub. Məlumata görə, "Porsche" Füzuli küçəsi ilə eyni adlı meydan istiqamətində hərəkət edirmiş. "London Taxi" avtomobili isə S.Vurğun küçəsi ilə gələn zaman yol ayırıcısında onun qarşısına çıxıb. Toqquşmadan sonra avtomobillər beton arakəsmələrə də dəyib. Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Hadisənin səbəblərinə gəlincə, sürücülər bunu S.Vurğun küçəsini Füzuli küçəsi ilə ayıran işıqforun işləməməsi ilə əlaqələndirib.
Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













