Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO

Paytaxtın mərkəzi ərazilərindən birində aparılan söküntü işlərinin uzun müddətdir yarımçıq qalması narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, söhbət Həzi Aslanov küçəsi ərazisindən gedir. Bildirilir ki, artıq bir neçə aydır burada yerləşən bəzi binalar söküntü vəziyyətində saxlanılır, lakin ərazidə nə demontaj işləri tam başa çatdırılır, nə də təhlükəsizlik tədbirləri görülür.
Memar Elçin Əliyev məsələ ilə bağlı bildirib ki, bu cür hallarda söküntü prosesi qısa müddətdə həyata keçirilməli, ərazi operativ şəkildə təmizlənərək hasarlanmalıdır. Onun sözlərinə görə, hazırkı vəziyyət həm şəhərin ümumi görünüşünə mənfi təsir göstərir, həm də ətrafda yaşayan sakinlər və yoldan keçənlər üçün real təhlükə yaradır.

Ekspert qeyd edib ki, viranə vəziyyətdə qalan tikililər, ətraf mühitdə yaranan çirk və baxımsızlıq paytaxtın mərkəzi hissəsi üçün qəbuledilməzdir. Xüsusilə uşaqların və təsadüfi piyadaların bu ərazilərdə hərəkəti risklidir və hər an xoşagəlməz hadisələrin baş verməsi ehtimalı var.
Memarın fikrincə, bu cür yanaşma şəhərin tarixi hissəsinin yenidən qurulması ilə məşğul olan qurumların fəaliyyətində planlaşdırma və məsuliyyət problemlərinin olduğunu göstərir. O vurğulayıb ki, işlərin bu şəkildə uzadılması həm idarəetmədə qarışıqlıq təəssüratı yaradır, həm də ictimaiyyətdə müxtəlif suallar doğurur.
Elçin Əliyev əlavə edib ki, söküntü və yenidənqurma prosesləri şəffaf və operativ şəkildə həyata keçirilməli, ərazilər uzun müddət baxımsız vəziyyətdə saxlanılmamalıdır. Onun sözlərinə görə, bu kimi halların aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilməlidir.
Eltac Zülfüqaroğlu
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO








