"Betmobil"in bənzəri hərraca çıxarıldı

"Bring a Trailer" hərracında 1979-cu il istehsalı "Lincoln Continental" satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, hazırda avtomobilə 93 333 dollar təklif edilib.
Bu qədər yüksək qiymətin səbəbi onun 1960-cı illərin serialı üçün hazırlanmış "Betmobil"in dəqiq bənzəri olması və alternativ mühərriklə təchiz edilməsidir.
1966-1968-ci illərdə yayımlanan "Qara cəngavər" serialında istifadə olunan bu avtomobil personajın tarixindəki ilk "Betmobil"lərdən biri hesab olunur.
Maşını məşhur özəl avtomobil dizayneri Corc Barris yaradıb.
Satışa çıxarılan "Continental"in salonunda da "Betmobil"də istifadə olunan cihazların imitasiya nümunələri quraşdırılıb.
Avtomobil təkmilləşdirilmiş 6.5 litrlik V8 mühərrik və üçsürətli avtomatik ötürmə qutusu ilə təchiz edilib. Mühərrikin gücü barədə məlumat verilmir.
Xatırladaq ki, orijinal "Betmobil" 2013-cü ildə keçirilən hərracda 4.2 milyon dollara satılıb.(oxu.az)
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO


















