“Bəzi sürücülər avtomobilə sağlamlıqlarından çox dəyər verir” – PSİXOLOQ - FOTO

Bəzi sürücülər qəza anında həyatlarını riskə ataraq avtomobillərini qorumağa çalışır. Maraqlıdır ki, bu cür hallarda əmlak, xüsusilə şəxsi avtomobil, bəzən insan həyatından daha önəmli kimi dəyərləndirilir. “Bircə maşına heç nə olmasın” düşüncəsi ilə təhlükəli manevrlər edən və ya gecikmiş qərarlar verən sürücülər var. Bu yanaşma yalnız psixoloji deyil, eyni zamanda cəmiyyətin maddi dəyərlərə verdiyi önəmin göstəricisidir. Bəs bu yanaşma haradan qaynaqlanır və bu cür düşüncə nə qədər düzgündür?

Məsələ ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, əşyaların insandan daha önəmli görülməsi psixoloji baxımdan insanın özünə verdiyi dəyər duyğusu ilə sıx bağlıdır.
“Zaman-zaman insanlar elə düşünürlər ki, onların sağlamlığına heç nə olmayacaq. Bu inam bəzən o qədər güclü olur ki, avtomobilə və ya digər maddi əşyalara zərər gəldikdə ödəniləcək məbləğ, sağlamlıqdan daha əhəmiyyətli görünür. Çünki bəzi insanlar sağlamlığı yenidən qazana biləcəklərini düşünür, lakin əşyanın zədələnməsi real və dərhal maliyyə itkisi yaradır. Bu səbəbdən də maddi dəyərlər bəzi büdcələr üçün daha prioritet ola bilir.
Bu vəziyyət eyni zamanda insanın özünə olan sevgisi və dəyər vermə səviyyəsi ilə də əlaqəlidir. İnsan özünü nə qədər çox sevərsə, sağlamlığını da bir o qədər qoruyur. Lakin uşaq yaşlardan etibarən öyrəndikləri davranış modelləri bu münasibəti dəyişdirə bilir. Əgər bir uşaq əşyalara zərər verdiyi üçün cəzalandırılırsa məsələn, sevilən bir qab, televizor və ya telefon zədələndikdə ailə tərəfindən sərt reaksiya görürsə o zaman bu uşaq belə nəticəyə gəlir ki, əşyalar onun özündən daha önəmlidir”.
Psixoloq həmçinin qeyd edib ki, böyüdükcə bu düşüncə şüuraltına yerləşir və həyatının müxtəlif sahələrində özünü göstərir.
“Məsələn, avtomobilə zərər gəlməməsi üçün həyatını riskə atmaq, ya da bahalı geyimi qorumaq üçün sağlamlıq təhlükəsini gözardı etmək kimi. Nəticə etibarilə insan özünü deyil, malik olduğu əşyaları önə çəkir. Bu isə sağlam psixoloji dəyərləndirmədən çox, uşaqlıqdan bəri formalaşmış təhrif olunmuş öncəliklərdən qaynaqlanır”.
Fidan
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO









