Bill Qeytsin maşınını görənlər gözlərinə inanmadı - FOTO

Bir çox insanlar hesab edir ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Bununla belə, istisnalar var.
Avtosfer.az xəbər verir ki, "Top Speed" jurnalı "Microsoft"un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat verib. Milyarderin seçimi olduqca gözlənilməz olub.
Qeyd olunur ki, Meyers qardaşlarının podkasti zamanı Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu qırmızı rəngli "Fiat 500e RED Edition"dır.
Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.
Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var - Porsche Taycan. Bununla belə, ona ən müsbət emosiyalar verən "Fiat 500e"dir.
"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", - milyarder deyib.
Nəşr xatırladıb ki, Fiat 500e kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.
Bundan əlavə, Fiat 500e xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur. Jurnalistlər gündə 200 kilometrdən az sürən, lakin əla kompakt elektrik avtomobili axtaran sürücülərə bu modelə diqqət etməyi tövsiyə ediblər. /Lent.az
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR











