Binəqədidə sürücülər maşınları “zebra”nın üstündə park edib gedir - FOTOLAR

Paytaxtda sürücülərin yol hərəkətinin digər iştirakçılarının hüquqlarını heçə saydığının vaxtaşırı şahidi oluruq. Belə ki, bir çox sürücülər avtomobili park etməyə ərazi tapmadığı üçün səkidə maşın saxlayır, velosiped zolağını kəsir, avtomobilin ön, yaxud sol və sağ təkərlərini səkiyə dırmaşdırıb park edir, ya da piyada keçidini zəbt edir.
Avtosfer.az xəbər verir ki, analoji hal Binəqədi rayonunda da baş verib. Avtomobil idarəçiləri maşını “zebra”nın üstündə park edərək piyadaların hərəkətinə maneə yaradıb.

“Ford” markalı 77-BQ-731 qeydiyyat nişanlı evakuatorun sürücüsü Süleyman Sani Axundov küçəsindəki piyada keçidinin üstündə nəqliyyat vasitəsini saxlayıb və ərazidən uzaqlaşıb. Abay Kunanbayev küçəsində də eyni vəziyyətdir. 90-NS-782 və 10-OE-567 nömrəli “Mercedes” markalı avtomobillərin sahibləri də avtomobili “zebra”nı zəbt edəcək şəkildə parklayıb və avtomobildən uzaqlaşıblar. Nəticədə piyada keçidindən istifadə etmək sakinlər üçün çətinləşib. Sürücülər təkcə piyada keçidlərinin ətrafını deyil həm də avtobus dayaancaqlarına da 15 metrdən yaxın avtomobil park edərək ictimai nəqliyyatın da fəaliyyətini çətinləşdirib.

Qeyd edək ki, avtomobillərini piyada keçidləri və onlara 5 metr, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durması qanunla qadağandır.
Səfər
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










