BNA uşaqları unutmadı - Yolda hərəkət rahat və təhlükəsizdir - FOTO

Piyadaların, xüsusən də uşaqların və məktəblilərin təhlükəsiz, eləcə də rahat hərəkətini təmin edilməsi, paytaxt yollarında bunun üçün əlverişli mühitin yaradılması Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Bu çərçivədə müxtəlif layihələr işlənib hazırlanaraq icra edilməkdədir. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, şəhərimiz üçün yenilik olan və mühüm sosial əhəmiyyətə malik pandusların quraşdırılması layihəsinin də bir hədəfi məhz uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılmasıdır: "1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bu məqsədlə başladığımız daha bir layihəmizin uğurla yekunlaşdığını bildiririk. Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 189 və 190 nömrəli orta məktəblərin ətrafında başladığı pilot layihənin icrası başa çatdırılıb. Ərazidə yol hərəkəti şəraiti yaxşılaşdırılıb, piyadaların, xüsusilə də uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri infrastruktur təşkil edilib. Layihə çərçivəsində məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma yerləri ləvğ edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri ( YAVAŞ, MƏKTƏB) də görülüb".
Qeyd edək ki, analoji şəraitin paytaxtın ərazisindəki digər təhsil müəsissələrinin ətrafında da yaradılması nəzərdə tutulub. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri müvafiq təhlillər aparır.
Emin
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR




















