Bu maşınlar 200 mindən çox adamın ölümünə səbəb ola bilər - FOTO

2015-ci ilin sonlarında baş qaldırmış Dizelqeyt skandalını indi çox az adam xatırlayır. Bir qədər tarixə nəzər salaq.
Avtosfer.az xəbər verir ki, 2015-ci ildə ABŞ-nin Ətraf Mühit Agentliyi “Volkswagen” qrupuna məxsus avtomobillərin proqram təminatına müdaxilə edildiyini aşkara çıxardı.

Məlum oldu ki, mühərriklər bəyan edilən ekoloji standartlara cavab vermir. Stenddə yoxlama ilə real sürüş rejimində zərərli qaz normaları fərqlidir.

Bu günlərdə baş qərargahı Londonda yerləşən Enerji və Hava Tədqiqatı Mərkəzi bildirib ki, belə avtomobillərin 19 milyon ədədi hələ də dünya yollarında hərəkət edir. Onların doğurduğu fəsadlardan 2040-cı ilədək 205 min nəfər vaxtından əvvəl öləcək.

Bundan əlavə 150 mindən çox uşaqda astma xəstəliyi yaranacaq, 2 milyondan çox adam işdən icazə almalı olacaq. Avropa və Britaniyaya bu saxtakarlığa görə 1,2 milyard avro iqtisadi ziyan dəyəcək. Lakin sözügedən avtomobilləri geri çağıraraq 81 minədək avropalının vaxtsız ölümünün qarşısını almaq mümkündür.
Hesablama aparılarkən süni intellektdən istifadə edilib.
Vüqar Yaşaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








