Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR

Dünya kinosunun əfsanəsi Merilin Monronun illərdir gizli qalan şəxsi avtomobili hərraca çıxarılır. Söhbət aktrisaya məxsus, hər kəsin diqqətini çəkən 1950-ci il istehsalı olan "Mercedes-Benz 170 S" modelindən gedir. Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Bildirilir ki, avtomobili unikal edən təkcə onun sahibi deyil, həm də daxilindəki gizli detallardır. Belə ki, maşının yük yerində aktrisanın inisialları (ad və soyadının baş hərfləri) həkk olunmuş xüsusi emblem aşkar edilib. Bundan əlavə, qoz ağacından hazırlanmış cilalanmış cihazlar panelində Merilin Monro üçün xüsusi sifarişlə hazırlanmış qızıl lövhə yer alıb. Satışa çıxarılacaq avtomobilin ilkin start qiyməti 21 min dollar (təxminən 36 min manat) müəyyən edilsə də, ekspertlər real qiymətin qat-qat yüksək olacağını proqnozlaşdırırlar. Avtomobil mütəxəssisi Stiv Kinin sözlərinə görə, bu nadir eksponatın 200 min dollardan (təxminən 340 min manat) baha satılacağı gözlənilir. "Belə bir maşını almaq imkanı insana ömründə bir dəfə nəsib olur", - ekspert qeyd edib.(publika.az)







İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO










