Dövlət Reklam Agentliyi “Reklam haqqında” qanunu pozdu - FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin strukturuna daxil olan 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər, maarifləndirici tədbirlər keçirilir. Azərtac xəbər verir ki, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.
Agentlik fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa dəstək siyasətinə və bununla bağlı verdiyi tapşırıqlara uyğun olaraq, sahibkarların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində qurub. On bir Ərazi Reklam İdarəsi bu fəaliyyətin ölkə ərazisini əhatə etməsi üçün yaradılıb.
Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək.
Dövlət Reklam Agentliyi, həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır. Artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün ekoloji cəhətdən təmiz avtomobillər alınıb. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər videomüşahidə kameraları ilə təchiz olunub.
Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir.
Amma Avtosfer.az Agentliyinin nümayiş etdirdiyi avtomobillərin üzərində yerləşdirilən reklamlarda nöqsanların olduğunu aşkar edib. Belə ki, “Reklam haqqında qanun”a görə, avtomobilin ön və arxa hissəsinə reklam lövhəsinin yerləşdirilməsi qadağandır. Lakin Dövlət Reklam Agentliyinin avtomobillərinin önünə - kapotun üstünə də reklam lövhələri yapışdırılıb. Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, avtomobilin ön və arxa hissəsinə reklam lövhəsi yapışdırmaq olmaz. Reklam yalnız avtomobilin yan hissələrinə vurula bilər.
Emin
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR












