Dünyada yeganə olan kabriolet satışa çıxarılacaq - FOTO

"RM Sotheby's" hərracında dünyada mövcud olan yeganə kabriolet "Porsche 959" təqdim olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.
Avtomobil bir vaxtlar ağır qəzaya uğradıqdan sonra unikal kuzova sahib olub. Ekspertlər bu nadir modelin satış qiymətinin 1.5 milyon avroya çata biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, "Porsche 959" yalnız kupe kuzovunda istehsal olunub. Lakin yarışçı Yurgen Lessiq tərəfindən idarə olunan 1987-ci il istehsalı bu avtomobil 1988-ci ildə Almaniya avtobanında qəzaya düşüb. Qəza sonrası avtomobilin sahibi onu satışa çıxarıb.
Yeni sahibi isə avtomobili yalnız bərpa etməklə kifayətlənməyib, onu tam qatlanan tavana malik ağ rəngli kabrioletə çevirib.
Bu unikal superkar 1989-cu ildə Frankfurt avtosalonunda ictimaiyyətə nümayiş etdirilib. O vaxtdan bəri avtomobil cəmi 8.3 min kilometr məsafə qət edib.
Model 450 at gücünə malik 2.8 litrlik ikiturbolu mühərriklə təchiz olunub və hazırda əla texniki vəziyyətdədir.(oxu.az)
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR














