Dünyanın “ən çirkin” avtomobilləri hansılardır? - FOTO

Avtomobil dizaynları zaman-zaman dəyişsə də, bəzi modellər estetikası ilə bağlı ciddi müzakirələrə yol açıb.
Avtosfer.az xəbər verir ki, qlobal qiymətləndirmələr indiyə qədər istehsal edilmiş “ən çirkin” avtomobilləri üzə çıxarıb.
Avtomobil sənayesində bəzi nəqliyyat vasitələri öz zərif xətləri və dizayn xüsusiyyətləri ilə seçilsə də, digərləri estetik qüsurları ilə yaddaşlara həkk olunub. Gözəllik anlayışı fərqli olsa da, bu modellərin ümumi cəhəti onların dizaynlarının geniş kütlə tərəfindən bəyənilməməsidir.

Məsələn, “Pontiac Aztek” kəskin xətləri və qeyri-mütənasib quruluşu ilə avtomobil dünyasında tez-tez tənqid olunub. “Fiat Multipla” isə geniş və qeyri-adi ön dizaynı ilə uzun illərdir müzakirə mövzusudur. Fərqli olmaq üçün hazırlanmış “Isuzu VehiCROSS” dizayn baxımından istifadəçilərin əksəriyyəti tərəfindən estetik sayılmayıb. “Pontiac Trans Sport” kosmos gəmisinə bənzər görünüşü ilə diqqət çəksə də, dizaynı uğursuz hesab edilib. Dövrün ən maraqlı, lakin ən çox tənqid edilən modellərindən biri olan “AMC Pacer”, dairəvi xətləri və böyük pəncərələri ilə yadda qalıb. Eyni zamanda, “SsangYong Rodius” dizayn baxımından avtobus və avtomobil arasında kateqoriyasına daxil edilib və istifadəçilər tərəfindən çox bəyənilməyib.
Bu modellər dizayn baxımından “çirkin” hesab olunsalar da, bəziləri kolleksiyaçılar və avtomobil həvəskarları üçün nadir və maraqlı nümunələr kimi yüksək dəyər qazanır.
Eltac Zülfüqaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








