Dünyanın ən rəngli şəhərləri – FOTO

Avtosfer Foto 21 Aprel 2018 12:18 Oxunub 2369
Dünyanın ən rəngli şəhərləri – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın ən maraqlı və rəngli şəhərlərinin bir neçəsini təqdim edirik

Yeni şəhərlər kəşf etmək, tanımadığınız küçələrdə itmək hər zaman böyük zövq verir. Xüsusilə də, həmin şəhərlər rəngli divarlara, şirin ahənglə boyanmış küçələrə sahibdirsə...

Avtosfer.az oxu.az-a istinadən dünyanın ən maraqlı və rəngli şəhərlərinin bir neçəsini təqdim edir.

Keyptaun (Cape Town), Cənubi Afrika

Malaziyadan gətirilən qulların yerləşdirildiyi və hələ də Malaziya məhəlləsi adlandırılan Keyptaundakı Bo-Kaapın evləri göyqurşağını xatırladan mavi, sarı və neon rənglərlə əhatələnib.

XVI əsrdə bölgədə yaşayan müsəlmanların azadlıq ifadəsi olaraq meydana gələn rəngləndirmə işləri hazırda da öz parlaqlığını və canlı görüntüsünü qoruyubsaxlayır.

Caypur, Hindistan

Binaları və divarları dumanlı qızılı rəngin çalarları ilə boyanan Caypurun hekayəsi XIX əsrə gedib çıxır.

Şəhər Hindistanın İngilis Koloniyasına daxil olduğu dönəmlərdə ziyarətə gələn Qaller şahzadəsi Eduardın şərəfinə çəhrayı rəngə boyanıb və dəyişməyib.

Trinidad, Kuba

Kuba mədəniyyətini hər nə qədər Havanada doyunca izləsəniz də, Kuba tətilinizi daha da rəngləndirmək üçün bu şəhərə baş çəkməyiniz mütləqdir. XVI əsrdə İspaniya Koloniyası dönəmində inşa edilən və hələ də orijinallığını qoruyan evlər UNESCO-nun Mədəni İrs siyahısındadır.

Salvador, Braziliya

Salvador dönəminin qul bazarının mərkəzi sayılan və portuqalca “boyunduruq” mənasına gələn Pelourinho adlı məhəllə 1835-ci ildən sonra yenidən qurulmağa başlandı. Azadlıqla gələn rəngli küçələr bu bölgəni də UNESCO-nun Mədəni İrsləri sırasına yazdırdı. Salvador muzeyləri, rəqsləri və dadlı yeməkləri ilə tarixi mərkəzdir.

Şaven, Mərakeş

Mərakeşin şimal-qərbində yerləşən Şaven şəhərinin mavi rəngə boyanmasının səbəbləri barədə müxtəlif versiyalar gəzir. Yəhudi inancından gələn və “tekhelet” adı verilən boya ilə rənglənən labirintsayağı “Mavi şəhər” səyahət edəcəyiniz şəhərlər sırasında yer almalıdır.

Nottinqhill, İngiltərə

Nottinqhill buludlu və yağışlı havası ilə məşhur olan İngiltərənin ən rəngli bölgəsi sayılır.

Kopenhagen, Danimarka

Heç bir Kopenhagen səyahəti canlı rənglərlə boyanmış binalarla əhatələnən liman Nyhavna baş çəkmədən bitirilmiş sayılmır.

Xüsusilə də, yay aylarında batandan bir neçə dəqiqə sonra yenidən çıxan günəşli gecələrin dadını çıxara bilərsiniz.

Çarleston, Cənubi Karolina

1700-cü ildən bəri daxili müharibə və yenidən bərpaya rəğmən, qürurla ayaq üstdə duran şəhərin bu formaya düşməsinin səbəbi alimlərdən birinin təklifi ilə həyata keçib. 

Belə ki, alim sərxoş dənizçilərin evlərini asan tapmaları üçün onları fərqli rənglərə boyamasını təklif edib.

Bu gün isə Çarleston ABŞ-ın cənubunda yerləşən ən populyar nöqtələrdən biridir.

Burano, İtaliya 

Venesiya adası Buranonu dənizdən görmək çox asandır. Evlərin divarları qızılı və digər rənglərə boyanıb. Adadan olan bir alimin dediklərinə görə, balıqçılar evlərini mavi, qırmızı, sarı və bənövşəyi rənglərə boyayıb, buna görə də dumanlı havalarda yönlərini və evlərinin yolunu asanlıqla tapırmış. 

Həmin dövrlərdən qalan bu ənənə isə artıq qanuna çevrilib. Sakinlər evlərini boyamaq üçün dövlətdən icazə almaq məcburiyyətindədirlər.

Buenos-Ayres, Argentina

Riaçuelo çayının sahilində yerləşən bu bölgənin bənzərsiz görüntüsünün praktik bir açıqlaması var. Evlər yerli sexlərdəki artıq qalan materiallardan hazırlanır, artıq qalan boyalarla rənglənir. İşçi sinfinin sakinlərindən ibarət bu məhəllə dünyanın dörd bir yanından gələn turistləri qonaq edir.

Uillemstad, Curaçao

Karib dənizinin cənubunda və Venesuelanın şimalında yerləşən Hollandiya Krallığını meydana gətirən dörd ölkədən biri Curaçaonun mərkəzi Uillemstad da rəngləri ilə ziyarətçilərini ovsunlayan şəhərlərdəndir. 

Yerli söhbətlərə görə, 1800-cü illərdə Hollandiya Koloniyasının icraçısı ağ rəngin miqrenini artırdığını idda edib və binaların ağ rəngdən başqa bütün rənglərə boyanmasını əmr edib. Bu şəhər də UNESCO-nun Mədəni İrsləri siyahısında yer alır.

Codpur, Hindistan

Əsrarəngiz rəngləri ilə ziyarətçilərini məst edən Hindistanın Codpur şəhəri Brahma rahiblərinin özlərini yerli əhalidən ayırd etmək istəyi ilə evlərini boyamasından sonra rənglənməyə məruz qalıb. 

Sonrakı illərdə bu ənənəyə digər insanlar da daxil olub və ortaya mavi bir görüntü çıxıb. 

Hazırda isə mavi boyalardan zərərli həşəratları uzaq tutmaq və günəşli günlərdə sərinliyi artırmaq üçün istifadə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh