“Əlibəyovların evi” plana düşüb? - Tarixi binanın söküləcəyi, yerində park salınacağı deyilir - FOTO

“Əlibəyovların evi” kimi tanınan bu binanın söküləcəyi barədə qeyri-rəsmi məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, yerli əhəmiyyətli memarlıq abidəsi (inventar nömrəsi: 3595) olduğunu nəzərə alsaq, inandırıcı görünmür. Bunun üçün abidə Nazırlər Kabinetinin qərarı ilə müvafiq siyahıdan çıxarılmalıdır.
Amma söhbət tək bu binadan getmir, onun yerləşdiyi ərazidəki bütün evlərin söküləcəyi deyilir.
Əraziyə isə Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələri, eləcə də 150 saylı məktəbin aşağı hissəsindən Baş Prokurorluğun arxa hissəsinə qədər yerləşən evlər daxildir.

“Əlibəyovların evi” 1903-cü ildə tikilib. Fasadı bir neçə il öncə təmir edilmişdi. Binanın xarici görünüşü kimi, daxili hissəsi də memarlıq baxımından cəlbedicidir.
Sözügedən ərazinin plana düşməsi barədə məlumatlar noyabrın əvvəlində yayılıb. Maraqlıdır ki, heç bir mənbəyə istinad edilmədən söküntünün COP29-dan sonra - dekabr və ya gələn ilin yanvarında başlanılacağı və ərazidə park salınacağı da bildirilib.
Aidiyyəti orqanların bu məlumatları təsdiq və ya təkzib etməməsi də təəccüblüdür.

"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










