Goranboyda AĞIR QƏZA: Nənə və nəvə öldü, yaralılar var - FOTO

Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) oxu.az-a bildirilib ki, hadisə zamanı iki nəfər hadisə yerində həyatını itirib, üç nəfər xəstəxanaya çatdırılıb. "Avtomobili idarə edən 1999-cu il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədova olub. Hadisə nəticəsində sərnişin qismində avtomobildə olan sürücünün anası, 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və sürücünün qızı, 2018-ci il təvəllüdlü Məmmədli Firuzə Samir qızı hadisə yerində həlak olublar.
Sürücünün özü və digər iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2012-ci il təvəllüdlü Alxan Samir oğlu Məmmədli ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bir ailənin faciəsi ilə bitən sözügedən yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağı, yolda müəyyən olunmuş sürət həddini aşmamağı, kəskin manevrlər etməməyi, avtomobil idarə edərkən diqqəti yayındıran söhbətlərdən, davranışlardan çəkinməyi xahiş edir.
Unutmayaq ki, sükan arxasında ani diqqətsizlik bir ömür boyu bərpası mümkün olmayan itkilərə yol aça bilər", - deyə məlumatda bildirilir.


***
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb."Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










