Reklam

​​​​​​​Həm nostalji, həm də romantik: Avropanın ən mənzərəli qatar marşrutları - FOTOLAR

Avtosfer Foto 31 Avqust 2024 12:00 Oxunub 1482
​​​​​​​Həm nostalji, həm də romantik:  Avropanın ən mənzərəli qatar marşrutları - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Həm nostalji, həm də romantik cəhətləri ilə hər kəsi özünə cəlb edən Avropanın qatar marşrutları möhtəşəm mənzərələri ilə səyahətləri unudulmaz edir.

Avtosfer.az “Haber7” portalına istinadən xəbər verir ki, dəmir yolu nəqliyyatının ən qabaqcıl nümunələrinin yerləşdiyi Avropa qitəsi möhtəşəm mənzərəli qatar marşrutları olan demək olar ki, bütün şəhərləri gəzmək imkanı verir. Səyahəti daha zövqlü edən Avropanın qatar səfərləri, Alp dağlarının zirvələrindən tutmuş Belçikanın ənənəvi kəndlərinə qədər hər yeri görmək imkanı verir.

Qatarla səyahət edərkən Avropanın gizli gözəlliklərini kəşf edə biləcəyiniz marşrutları sizlərə təqdim edirik:

“Bernia Express” İsveçrə-İtaliya

Avropanın ən məşhur qatar marşrutu olan Bernia Express sizi Alp dağlarının yamaclarının və İtaliya göllərinin mənzərələri ilə nağıl səyahətinə cəlb edir. Bəzən 2 min metr yüksəkliyə qalxan bu əfsanəvi ekspedisiya dünyanın ən gözəl qatar səyahətləri arasında sarsılmaz yeri ilə UNESCO-nun Dünya İrs Siyahısında özünə yer tapıb.

Təxminən 4 saat davam edən səyahət zamanı 196 körpü və 55 tuneldən keçirsiniz. Təbiətin bütün rəngləri arasında fırlanan bu qırmızı qatarda rənglərin çaşqınlığına şahid olmaq, ölməzdən əvvəl mütləq görüləcək işlər siyahısında olmalıdır.

“Bergen Line” - Norveç

Norveçi bir ucundan digərinə keçən “Bergen Line” 7 saatlıq səyahəti ilə uzun, lakin nəfəs kəsən bir səyahət təcrübəsi təqdim edir. Oslo-Bergen səyahətini Norveçin unikal fiyordları, qarla örtülü zirvələri və təbiət möcüzələri, donmuş göllər müşayiət edir. Şimali Avropanın ən uzun dəmir yolu olan Bergen sizi heyran edəcək.

“Glacier Express” - İsveçrə

Dünyanın ən yavaş ekspress qatarı və Avropanın ən gözəl qatar marşrutu kimi tanınan Glacier Express, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə, bütün fəsillərdə açıqca görünüşü olan qatar marşrutlarından biridir.

Landwasser Vadisi, Engadine Vadisi və Vale buzlaqları arasında səyahət edən qatar unikal çaylara və şəlalələrə paralel hərəkət edir. St. Sent Moritz və Zermatt xizək kurortları arasında rahatlıqla səyahət edə biləcəyiniz Glacier ekspedisiyasında 291 körpü və 91 tuneldən keçərkən valeh olacaqsınız.

“Settle Carlisle” – İngiltərə

İngiltərənin təbiətini ən yaxşı şəkildə seyr etmək fürsəti təqdim edən Setlle Carlisle ekspedisiyası Yorkshire Vadisi və Şimali Pennin adalarının qayalıqlarında 2 saat yarıma unudulmaz anlar yaşadır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh