Hərbi sənaye kompleksində milyardlıq itkilər – PARADOKS - FOTO

Rusiyanın hərbi sənaye kompleksinin əsas müəssisələrinin zərərlə işləməsi müstəqil ekspertlərin nəzərindən qaçmayıb.
Avtosfer.az xəbər verir ki, hərbi ekspert Andrey Revnitsev bu vəziyyəti paradoks hesab edir. Dünyada silaha tələbatın artdığı bir dövrdə, hətta geridə qalmış ölkələrin belə silah zavodlarının gəlirləri artıb. “Lockheed Martin” və ya “Raytheon” kimi Qərb şirkətləri kapitalını artırmağa nail olub.
Rusyada isə vəziyyət bunun tam əksinədir. Ordu üçün müxtəlif avtomobil və sistemlər istehsal edən KAMAZ-ın 2025-ci ilin ilk yarım ilində xalis zərəri 21 milyard rubl (440 milyon AZN) olub. Nəzərə alaq ki, zavod ölkənin əsas yük avtomobili istehsalçısıdır və avtobus satışında bir çox tenderin qalibi olub.

SU-30 qırıcılarını və çox ağır olduğu üçün yerindən qalxa bilməyən MS-21 laynerlərini istehsal edən Yakovlev konserninin zərəri 4 milyard rublu ötür.
Məşhur Mİ və Ka-52 helikopterlərinin istehsal edən şirkətin zərəri 3 milyard rubla yaxındır.
Ekspert bildirir ki, sifarişlərin çoxluğundan şikayət edən müəssisələrin zərərlə işləməsi milli iqtisdiyyatı təhdid edir. Məsələni araşdırmaq üçün bu istehsalçıların fəaliyyəti kütləvi auditə cəlb edilməlidir.
Hərbi sənaye kompleksinə aid şirkətləri özündə birləşdirən Rostex konserninin direktoru Sergey Çemezov da sənaye müəssisələrinin mənfəətinin sıfıra yaxın olduğunu etiraf edib.
Vüqar
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR










