“Holland dairəsi” nədir? - FOTOLAR

Bu gün Azərbaycan yollarında dünyanın heç bir yerində olmayacaq qədər yol dairəsi mövcuddur. Məsələn, mənim iş yerimlə evimin arasındakı 16 kilometrlik yolda nə az, nə çox 11 dairə mövcuddur. Ən ciddi tıxac və ləngimələr də dairələrdə olur.
Meyvəli bazarının yanındakı dairələri xatırlatmaq kafidir.
Avtosfer.az xəbər verir ki, Niderlandda yol dairələri fərqli formada təşkil olunur. “Holland dairəsi” deyilən bu sistemdə bütün hərəkət iştirakçıları nəzərə alınır. Əvvəla, dairəyə dayanmadan girmək mümkün deyil. Sürücü əvvəlcə piyada keçidini (zebra), sonra isə velosiped zolağını keçdikdən sonra dairəyə daxil olur. Bundan sonra isə ənənəvi sistem işləyir: birinci daxil olan üstünlüyə malikdir.
Dairədən çıxmaq da ayrı mövzudur. Bu dəfə sürücü əksinə, əvvəl velosipedçini, sonra isə piyadanı buraxaraq yoluna davam etməlidir. Başqa sözlə, motorlu nəqliyyat vasitəsi dairəyə həm girdikdə, həm də çıxdıqda hərəkət üstünlüyünü itirir.
Niderland yol təhlükəsizliyinə görə Avropanın lider ölkələrindəndir. 41 500 kvadratkilometr ərazisi, 18 milyon nəfər əhalisi olan, 10 milyon avtomobilin hərəkət etdiyi ölkədə ötən il yol qəzalarında 675 nəfər ölüb. Nəzərə alaq ki, ölkə ərazisinin çox hissəsi sudur, avtomobil yollarında hərəkət intensivliyi yüksəkdir.
Vüqar Yaşaroğlu


.jpg)
.jpg)
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO










