Keyfiyyətsiz yağ filtrindən istifadə neçəyə başa gəlir? - FOTO

Avtomobil detalları içərisində saxta məhsulların həcminə görə filtrlər “liderlik” edir. Xüsusən də yağ filtrləri. Bunun səbəbi də məlumdur. Bu məhsula tələbat çoxdur. Kimsə 10 il ərzində asqı sistemində və ya sükan mexanizmində hansısa detalı dəyişməyə bilər. Amma yağ filtrinə ən geci 2 ayda bir dəfə tələbat yaranır.
Avtosfer.az xəbər verir ki, bazarda 2 növ filtr tapmaq mümkündür: baha qiymətə keyfiyyətli və ucuz qiymətə keyfiyyətsiz. Çox vaxt sürücülər ucuz olanı seçirlər. Ümumi yanaşma budur ki, filtr ucuz olmalıdır. Bəs bu detalın keyfiyyətsizliyi nə ilə nəticələnir? Bunun bilmək üçün filtrin quruluşuna diqqət edək.
Filtr kağız süzücü elementdən və buraxılış klapanından ibarətdir. Buraxılış klapanının işi sorulan yağı filtrə buraxmaq, mühərrik işləmədikdə isə qalan yağın karterə axmasının qar5şısını almaqdır. Klapan düzgün işləmədikdə mühərrik sönən kimi yağ karterə qayıdır. Mühərriki təkrar işə saldıqda isə yağlama gec getdiyi üçün detallar sürtünür və aşınma artır. Bu proses dəfələrlə təkrarlandıqda nəticə ürəkaçan olmur.
Kağızın funksiyası isə sürtünmə zamanı yaranan metal yonqarını tutmaqdır.

Keyfiyyətsiz filtr bu 2 funksiyanı yerinə yetirə bilmir. Buna görə də, mühərrikdə sürtünmə artır, güc itkisi və qızma baş verir. Beləliklə, mühərrikin ömrü azalır.
Bəzən də fltrin içindəki kağız qoparaq yağ kanalına, düşür və kanalı doldurur. Yağlanma getməyən mühərrikdə bir müddət cingiltili səs gəlir və mühərrik qızıb dirənir.
Bunu aradan qaldırmaq üçünsə mühərrikin əsaslı təmir edilməsi lazım gəlir.
Filtrlərin saxlanma şəraiti də əhəmiyyətlidir. Ucuz detal gətirən mağazanı şübhəsiz ki xüsusi saxlama şəraiti düşündürmür. Halbuki, filtr rütubətdən uzaq yerdə saxlanmalıdır. Ən keyfiyyətli filtr belə, nəm çəkdikdə normal işləmir.
Bir sözlə, ayda bir neçə manatlıq qənaət bir neçə min manatlıq pul və vaxt itkisinə səbəb olur.
Vüqar Yaşaroğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










