“Koenigsegg” öz rekordunu yeniləmək istəyir - VİDEO

İsveçin hiperkarlar istehsal edən Koenigsegg firması özünə məxsus olan sürət rekordunu yeniləmək niyyətindədir. Xatırladaq ki, keçən ilin payızında “Agera RS” hiperkarı Nevada ştatının Prahramp qəsəbəsinin yaxınlığındakı şossedə 457 km/saat həddinə qədər sürətlənmişdi.
Avtosfer.az autograph.az-a istinadən xəbər verir ki, bu dəfə “Koenigsegg” təkmilləşdirilmiş Regera superhibridinin köməyi ilə yeni sürət rekordunu qeydə almaq istəyir. “TheSupercarBlog” saytının əldə etdiyi məlumata görə, isveçlilər mühərrikin yeni proqram təminatı üzərində işləyirlər. Yeni təminat Regera modelinin sürətlənmə zamanını yaxşılaşdırmalı və sürət məhdudiyyətini 410 km/saatdan yuxarı çəkməlidir. Hibridin bəyan edilmiş sürətlənmə zamanı 20 saniyə təşkil edir ki, Agera RS modelində bu rəqəm 26,85 saniyəyə bərabərdir.

“Koenigsegg Regera” modeli tərkibinə 5,0-litrlik səkkiz silindrli biturbo mühərrik, üç elektromotor və unikal Koenigsegg Direct Drive (KDD) transmissiyası daxil olan hybrid güc qurğusu ilə hərəkətə gəlir. KDD transmissiyası dəyişən sürüşmə əmsalı olan hidromuftadan və 2,73:1 nisbətində daimi ötürücü sayı olan baş ötürmədən ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 1500 at qüvvəsi və 2000 Nm-dir. Yerindən 100 km/saat həddinə sürətlənməyə superhibridə 2,8 saniyə tələb olunur.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










