“Lamborghini”ni oğurladı, yaratdı və ... – FOTO

Təbrizdə “İran Lamborghinisi” istehsal edilə bilər. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, iranlı mütəxəssislər İtaliya avtomobilinin orijinalına bənzər avtomobil yaratmağı bacarıblar. Avtomobilin ehtiyat hissələrini İran mütəxəssisləri özləri hazırlayıblar.

Avtomobili 4,5 ilə hazırlanıb və 16 nəfərlik komandanın əməyinin məhsuludur. Avtomobilin mühərriki 3,8 lirt həcmindədir və Hyundai markasına məxsusdur. İranda hazırlanan “Lamborghini”nin maksimal sürəti saatda 280 km-dir, orijinal “Lamborghini”-nin sürəti isə saatda 342 km-dir.

Avtomobili hazırlayanlardan biri olan Masud Moradi açıqlamasında deyib ki, onlar avtomobilləri sevirlər: “Lamborghini” isə avtomobillərin ən yaxşısıdır. “Lamborghini” bizim xəyalımız idi və biz xəyalımızı gerçəkləşdirdik. Biz layihəyə rəqəmsal dizayn və məlumatların emalı ilə başladıq. Daha sonra dizaynı bitirəndən sonra işimizi istehsal sahəsində davam etdirdik.

Biz diqqət etdik ki, avtomobilin bütün hissələri orijinal maşının ehtiyat hissələrinə uyğun olsun. Ondan sonra elektrik işləri və digər işlər aparılıb. Avtomobil hazır olandan sonra sınaq yürüşünə çıxıb. Düşünürük ki, işimizi yüksək ustalıqla həyata keçirmişik və avtomobil əla vəziyyətdədir. Yaxın zamanlarda daha da yüksək keyfiyyətli işlər ərsəyə gətirəcəyik. Avtomobilin satılması isə “Lamborghini” şirkətinin qərarından asılıdır. Fürsətdən istifadə edib “Lamborghini” şirkətindən üzr istəyirik ki, onların ideyalarından istifadə etmişik. Amma biz öz brendimizi yaratmaq fikrindəyik. Yaxın zamanlarda yeni super avtomobillər ilə qarşınızda olacağıq”.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











