Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR

Lökbatanda intensiv məskunlaşma ötən əsrin 30-cu illərində başlayıb və bu gün də davam edir. Qəsəbədə 30-90-cı illərin sovet tipli arxitekturasına rast gəlmək mümkündür: burada ikimərtəbəli qamış evlər də var, 5 və 9 mərtəbəli binalar da.
Obyektivlik naminə deyək ki, sovet dövründə salınmış məhəllələrin heç birində dalan anlayışı yoxdur. Həyətin bir tərəfindən girən avtomobil o biri tərəfindən asanlıqla çıxa bilir. Yasamaldakı yeni tikililərin həyətindəki kimi 5-6 maşının güclə sığdığı, yalnız bir giriş-çıxışın olduğu həyətlər yoxdur.
Həyətlərin bir neçə giriş və çıxışının olması təqdirəlayiqdir. Fövqəladə hallarda xüsusi texnikanın yaxınlaşması və manevri asanlaşır, təxliyə daha tez olur.
Əslində kifayət qədər doğru yanaşmadır. Lakin, sovet arxitektorları və memarlarının “səhvlərini” düzəldənlər də tapılır. Qəsəbənin istər 30-cu illərdə, istərsə də 80-ci illərin sonunda salınmış məhəllələrinin girişlərində dəmir baryerlər, maneələr, zəncir quraşdırılaraq hərəkət məhdudlaşdırılır. Bir çox məhəllədə giriş-çıxış məhdudlaşdırılaraq yalnız bir istiqamət saxlanılıb.
Əlbəttə ki, bu məhdudiyyətləri hansısa dövlət qurumu həyata keçirməyib. “Yeniliklər” istisnasız olaraq məhəllə sakinlərinin təşəbbüsüdür. Bu təşəbbüslərdə məqsədin nə olduğunu isə ruslar demişkən ağılla dərk etmək mümkün deyil.
İş burasındadır ki, bu “çəpərləmələr”ə qanun da icazə vermir. Lakin nədənsə JEK və bələdiyyə bu yenilikləri “görmür”.
Qanunsuz maneələrin sökülməsi həm əhaliyə, həm də JEK və bələdiyyəyə fayda verə bilər. Əvvəla, binaların həyətinə giriş-çıxış asanlaşarsa ilk növbədə sakinlərin işi yüngülləşər. İkinci, yanğın və ya xilasetmə hadisəsi zamanı FHN əməkdaşları qızıldan dəyərli vaxtlarını alətlə baryer kəsməyə sərf etməzlər. Təcili yardım əməkdaşları və polisin isə belə bir işi görməyə ümumiyyətlə texniki imkanı yoxdur.
Üçüncü, ən əsası, JEK və bələdiyyə bu eybəcərlikləri aradan qaldıraraq məhəllələrin normal görünüşünü təmin edə bilər. Ən əsası isə, bu qədər metalı toplayaraq yaxşı pul qazanmaq da mümkündür.
Vüqar Yaşaroğlu
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR

















