Məşhur avtomobil şirkəti 22 il ərzində ilk dəfə loqosunu dəyişdi - FOTO
Avtosfer Foto
23 Sentyabr 2025 16:41

"Suzuki Motor Corporation" 22 ildən sonra ilk dəfə öz məhsullarında istifadə etdiyi emblem dizaynını yeniləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə sentyabrın 22-də şirkətin Mətbuat Xidmətindən iz.ru-ya məlumat verilib.
Şirkətin açıqlamasına görə, "Suzuki"nin fərdi üslubunu ifadə edən konturlar və stilizə olunmuş "S" hərfi saxlanılıb, lakin loqo daha yastı formaya salınıb. Bu dəyişiklik rəqəmsal dövrün tələblərini əks etdirmək məqsədi daşıyır.
Bundan əlavə, ənənəvi xrom örtük ətraf mühitə təsiri azaltmaq və brendin yeni inkişaf mərhələsinə keçidini vurğulamaq üçün gümüş boya ilə əvəz edilib.
Yeni emblem 31 oktyabrdan 9 noyabradək Tokioda keçiriləcək "Japan Mobility Show" sərgisində təqdim olunacaq konsept avtomobillərdə debüt edəcək.

Oxunub : 1022
DİGƏR XƏBƏRLƏR
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
ŞƏRH YAZ










